Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.10.2018 12:09
  • A-
  • A
  • A+

"CanSat Azərbaycan 2018" müsabiqəsinin qalibi Milli Aviasiya Akademiyasının komandası olub

"CanSat Azərbaycan 2018" müsabiqəsinin qalibi Milli Aviasiya Akademiyasının komandası olub

Oktyabrın 16-da Milli Aviasiya Akademiyasında "CanSat Azərbaycan 2018" model peyk müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə komandalar tərəfindən hazırlanan peyk modellərinin sərgisi ilə tanış olublar.

Mərasimdə Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev, Şuranın həmsədri, Milli Aviasiya Akademiyasının aerokosmik məsələlər üzrə elmi məsləhətçisi, akademik Roald Saqdeyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Təhsil naziri Ceyhun Bayramov, "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev və başqaları iştirak ediblər.

Müsabiqənin qalibi Milli Aviasiya Akademiyasının "Envi_Sat" komandası olub. İkinci yeri Bakı Ali Neft Məktəbinin "Interstellar", üçüncü yeri isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının "MS_U_FO" və Bakı Mühəndislik Universitetinin "Rodimus" komandaları bölüşüblər.

Sonda qalib komandalar sertifikat və müvafiq hədiyyələrlə mükafatlandırılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: