www.science.az
16.10.2018 09:34

Tibbə dair əlyazmalar kataloqu işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən bu müəssisədə qorunan tibbə dair əlyazmaların kataloqu çap olunub.

“Avropa” nəşriyyatında işıq üzü görən vəsaiti institutun elmi işçiləri - Zemfira Məmmədova və Elnurə Babayeva  tərtib ediblər. Onlar, həmçinin kataloqa daxil edilən ərəb, fars, türk və Azərbaycan dillərindəki əlyazmaların təsvirlərinin müəllifidirlər.  

Kitabın elmi məsləhətçisi AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli, elmi redaktorları - fil.ü.e.d. Paşa Kərimov və t.ü.e.d., prof. Fərid Ələkbərlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.