Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Neft maşınqayırma müəssisələrinin idarəetmə sistemindən bəhs edən yeni monoqrafiya nəşr olunub
15.10.2018 12:45
  • A-
  • A
  • A+

Neft maşınqayırma müəssisələrinin idarəetmə sistemindən bəhs edən yeni monoqrafiya nəşr olunub

AMEA-nın İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri, professor Tərbiz Əliyevin və Bakı Biznes Universitetinin magistri Aytən Əbdürrəhmanovanın həmmüəllifi olduğu “Neft maşınqayırma müəssisələrinin idarəetmə sistemində nəzarətin təşkili mexanizminin təkmilləşdirilməsi” adlı monoqrafiya işıq üzü görüb.

Kitabın elmi redaktoru prof. T.Əliyev, rəyçiləri - professor Qənimət Səfərov, dosentlər Rəhim Sadıqov və İsmayıl Həsənovdur.

Monoqrafiyada idarəetmə sistemində nəzarət funksiyasının növləri, təşkilinin zəruriliyi, prinsipləri, tədqiqi mərhələləri, neft maşınqayırma müəssisələrində həmin funksiyanın təşkilinin mövcud vəziyyəti, onun normativ-texniki təminatı, standartlaşdırılması səviyyəsi çoxillik statistik, ilkin  uçot və hesabat sənədlərinin məlumatları əsasında təhlil edilərək qiymətləndirilib. Habelə nəzarət sistemi üzrə işçilərin əməyinin motivləşdirilməsinin təkmilləşdirilməsi yolları göstərilib.

Vəsait neft maşınqayırma müəssisələrinin əməkdaşları, mütəxəssislər, layihə menecerləri, magistrant və doktorantlar üçün  nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: