Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünaslıq İnstitutunda irfan ədəbiyyatına həsr olunan kitab nəşr edilib
15.10.2018 09:53
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda irfan ədəbiyyatına həsr olunan kitab nəşr edilib

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadənin “Həqiqət axtarışında” kitabı işıq üzü görüb.

Oxuculara təqdim edilən kitab irfan ədəbiyyatının öyrənilməsində atılan addımlardan biridir. Kitabda Azərbaycan İran, Pakistan, Türkiyə, Tacikistan, Rusiya , Qazaxıstan  və Ukraynada çap olunmuş məqalələr toplanıb. Məqalələr toplusu altı fəsildən ibarətdir və dillər üzrə qruplaşdırılıb, yarımfəsillər məntiqi və tarixi ardıcıllıq üzrə verilib.

Kitaba məqalə, tərcümə, beynəlxalq elmi konfrans materialları daxil edilib. Burada Fəridəddin Əttarın, Xacə Abdullah Ənsarinin, Əbu Nəsr Sərracın, Əbdürrəhman Süləminin və başqalarının yaradıcılığına həsr olunmuş məqalələr, ilahi və bəşəri kəlamda zöhdün nəzəri və praktiki əsası, sufilikdə məqam və hal anlamları və s. mövzuda yazılar, eləcə də bir sıra tərcümələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: