www.science.az
12.10.2018 15:12

Akademik Vaqif Abbasov ADPU-nun Kimya fakültəsinin magistrantları ilə görüşüb

Oktyabrın 11-də AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya fakültəsinin bir qrup magistrantı ilə görüşüb.

Görüş zamanı akademik Vaqif Abbasov tələbələrə kimya fənninin mühüm elmi yeniliklərini əhatə edən mühazirə oxuyub, onlara öz kitablarından hədiyyə edib.

Sonda magistrantlar akademik Y.H.Məmmədəliyevin momerial muzeyi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.