Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Bayıl şossesində sürüşmə ilə bağlı tədqiqatlar aparır
12.10.2018 16:19
  • A-
  • A
  • A+

Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Bayıl şossesində sürüşmə ilə bağlı tədqiqatlar aparır

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Bakı şəhəri Səbail rayonunda Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı həmin ərazidə tədqiqatlara başlayıblar.

Aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, istiqaməti, müstəvisi, sürüşməyə məruz qalan ərazinin ölçüləri, dərinliyi, yatım bucağı və digər problemlər araşdırılacaq.

Xatırladaq ki, bu ilin əvvəlində Bayıl yamacında baş vermiş sürüşmə ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən kompleks tədqiqatlar aparılıb və araşdırmaların nəticələri Nazirlər Kabinetinə təqdim edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: