Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Coğrafiya İnstitutunun direktoru Qazaxıstanda keçirilmiş beynəlxalq konfransda iştirak edib
19.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Coğrafiya İnstitutunun direktoru Qazaxıstanda keçirilmiş beynəlxalq konfransda iştirak edib

Kazaxıstanın Almatı şəhərində “Turizm, ölkəşünaslıq və ekologiyanın coğrafi problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda ölkəmizi AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov təmsil edib. R.Məmmədov “Azərbaycanda turizmin inkişafında milli parkların rolu” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Tədbirdə Azərbaycan və Qazaxıstanla yanaşı, Almaniya, Özbəkistan, Belçika, Ukrayna, Rusiya, Macarıstan və s. ölkələrin alimləri də iştirak ediblər.

Konfransa təqdim olunmuş əsərlər içərisində Coğrafiya İnstitutunun əməkdaşları – coğrafiya üzrə elmlər doktoru Zakir Eminovun həmmüəllifi olduğu “Azərbaycan Respublikasının həmsərhəd ərazilərinin sosial-iqtisadi inkişafı problemləri”, coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmraninin həmmüəllifi olduğu “Azərbaycan Resbublikasında müalicə-sağlamlıq turizmi”, coğrafiya üzrə fəlsəfə doktorları Nizami Əyyubov və Natella Zəkəriyyəyevanın “Azərbaycanın sərhədyanı ərazilərində təbii-resurs potensialından istifadənin müasir xüsusiyyətləri və problemləri” mövzularında elmi məqalələri də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: