www.science.az
07.11.2013 00:00

AMEA Radiasiya Problemləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis edildi

Tədbirdə institutun Elmi şurasının üzvləri və gənc əməkdaşları iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan institutun direktoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor A.Qəribov institutda çalışan gənclərin elmi fəaliyyəti haqqında ətraflı məlumat verdi.O bildirdi ki, son zamanlar AMEA-da həyata keçirilən islahatlar gənclərin intelektual potensialın inkişafında böyük rol oynayır və onların daha geniş miqyasda elmi və elmi-təşkilatı fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlər görülür. O qeyd etdi ki, elmi fəaliyyətin əsas qüvvəsi gənclik olmalıdır. A.Qəribov institutda gənc kadrlara önəm verildiyini xüsusi vurğuladı. O, institut əməkdaşlarının 36 faizini 40 yaşına qədər olan gənclər təşkil etdiyini diqqətə çatdırdı. A.Qəribov Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il qərarına əsasən institutda Gənc Alimlər Şurasının yaradılmasının əsas vəzifələrdən olduğunu bildirdi.

İnstitut gənclərindən 17 nəfər namizəd səsvermə yolu ilə Gənc Alim və Mütəxəssislər Şurasına üzv seçildi. İnstitutun böyük elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Famin Salmanov yeni yaradılmış Şuraya sədr seçildi. Sonda institutun direktoru Gənc Alim və Mütəxəssislər Şuranın yaradılması münasibətilə iştirakçıları təbrik edərək tövsiyələrini verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.