Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin əsərlərinin yeni nəşrləri Avropada
11.10.2018 09:18
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin əsərlərinin yeni nəşrləri Avropada

Görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti, Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin bir sıra partituraları Almaniyanın və İsveçrənin nüfuzlu nəşriyyatları tərəfindən 2018-ci ildə “Yeni nəşrlər” qrifi altında işıq üzü görüb.

Bu silsiləyə yalnız böyük tələbat olan və geniş ifa edilən əsərlər daxil edilib. Onların hər birini ayrı-ayrılıqda “Masterpiece” – öz janrında şah əsər saymaq olar. 

Qeyd edək ki, Firəngiz Əlizadənin bir çox digər partituraları Almaniya, Fransa və İsveçrədə əvvəllər də nəşr edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: