Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyaları” adlı VII beynəlxalq elmi konfrans keçiriləcək
10.10.2018 11:31
  • A-
  • A
  • A+

“Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyaları” adlı VII beynəlxalq elmi konfrans keçiriləcək

AMEA Geologiya və Geofizika İnstitutu hər iki ildən bir gənc mütəxəssis, doktorant və tələbələr üçün geologiya və geofizikanın müxtəlif müasir problemlərinə həsr olunan beynəlxalq elmi konfrans təşkil edir.

Oktyabrın 15-18-də keçiriləcək “Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyaları” adlı növbəti – VII beynəlxalq elmi konfrans Geologiya və Geofizika İnstitutunun 80 illiyinə həsr olunacaq.

Konfransda iştirakla bağlı dünyanın 18 ölkəsindən (Rusiya, Türkiyə, Ukrayna, Macarıstan, Almaniya, Bolqarıstan, Misir və s.) 140-dən çox gənc tədqiqatçı Təşkilat Komitəsinə müraciət edib. 

Beynəlxalq tədbirə BP, TOTAL və SOCAR maliyyə dəstəyi verir. 

Konfransın açılış mərasimi oktyabrın 15-də saat 10:30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutacaq.

Ünvan: Bakı ş., H.Cavid pr.129

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: