Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatı: problemlər və perspektivlər” adlı monoqrafiya çap olunub
09.10.2018 14:22
  • A-
  • A
  • A+

“Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatı: problemlər və perspektivlər” adlı monoqrafiya çap olunub

AMEA İqtisadiyyat İnstitutunun Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər şöbəsinin elmi işçisi Təbriz Yadigarovun “Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatı: problemlər və perspektivlər” adlı monoqrafiyası çapdan çıxıb.

Nəşrin elmi redaktorları iqtisad elmləri doktrou Fuad Qənbərov və iqtisad elmləri namizədi Ələsgər Sarıyev, rəyçiləri professorlar Arif Şəkərəliyev və Yaşar Kəlbiyevdir.

Monoqrafiyada müxtəlif mənbələrə əsasən miladdan öncə 4-cü əsrdən başlayaraq müasir dövrədək Azərbaycanda dəniz nəqliyyatının inkişaf tarixinə nəzər salınıb, dəniz nəqliyyatının iqtisadiyyatının əsasları şərh edilib. Həmçinin, xarici iqtisadi əlaqələrdə dəniz nəqliyyatının rolu, normativ hüquqi bazası, müasir vəziyyəti, dəniz nəqliyyatının dünya əmtəə ticarətinin həcminə təsiri, neft-qaz hasilatında və yükdaşımalarda dəniz nəqliyyatının mövcüd problemləri və onun aradan qaldırılması yolları göstərilib.

Kitabda Strateji Yol Xəritəsinə əsasən Transxəzər marşrutu üzrə dəniz nəqliyyat yükdaşımalarından yüksək gəlir əldə edilməsi üçün dəniz nəqliyyatının mövcud problemləri araşdırılıb və onların həlli yolları göstərilib.

Monoqrafiya ali məktəblərdə “Dəniz nəqliyyatının iqtisadiyyatı”, “İqtisadi təhli və audit”, “Nəqliyyat müəssisələrinin təsərrüfat fəaliyyətinin təhlili”, “Nəqliyyatın ekonometriyası” fənlərinin tədrisində, Azərbaycan Respublikasının Vergilər Nazirliyində, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də, respublikada hazırlanan məqsədli proqramlarda və dəniz nəqliyyatının inkişafı ilə bağlı elmi araşdırmaların aparılması üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: