Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.10.2018 12:34
  • A-
  • A
  • A+

Akademik Muxtar İmanov Türk Dünyasının Mədəniyyətinə Xidmət mükafatına layiq görülüb

Akademik Muxtar İmanov Türk Dünyasının Mədəniyyətinə Xidmət mükafatına layiq görülüb

Qırğızıstanın Karakol şəhərində "Türk xalqlarının türkcə ilk yazılı əsərləri" mövzusuna həsr edilən beynəlxalq simpozium keçirilib.

Tədbir Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) himayədarlığı, Türkiyənin Hacı Bektaş Vəli Mədəniyyət Dərnəyi, Dünya Söz Akademiyası Başqanlığı və Qırğızıstanın İssık-Kul Dövlət Universitetinin təşkilatçılığı ilə baş tutub.

Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistandan alimlərin iştirak etdiyi konfransda ölkəmizi AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və bu müəssisənin Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Əli Şamil təmsil ediblər. Tədbirdə M.İmanov "Dədə Qorqud" boylarında iki motivin ritual-mifoloji kökləri", Əli Şamil isə "Qutadqu-bilik"in Azərbaycanda tanıdılmasında və Avropa metodları ilə araşdırılmasında Əmin Abidin rolu" mövzusunda məruzələrlə çıxış ediblər.

M.İmanov, simpozium çərçivəsində TİKA tərəfindən Türk Dünyasının Mədəniyyətinə Xidmət mükafatına layiq görülüb.

Tədbirdə, həmçinin "Türk xalqlarında Kut-tanrı və onun "Qutadqu-bilik"də yeri", "Mahmud Kaşqarinin "Divan"ı və türk xalqlarının müasir dilləri", "Doğu türk dilinin və folklorunun retrospektivi: "Qutadqu-bilik" və "Nur" dastanı", "Ətabətül-həqayiq"də epitetlər" və digər mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: