Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

05.10.2018 15:41
  • A-
  • A
  • A+

Rusiyanın ölkəmizdəki səfiri Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib

Rusiyanın ölkəmizdəki səfiri Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib

Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov AMEA Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.

Rusiyalı qonağa muzeyin tarixi barədə məlumat verən bu mədəniyyət ocağının direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, Bakının ən gözəl memarlıq abidələrindən olan muzeyin binası 1895-1897-ci illərdə tikilib və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olub.

Akademik N.Vəlixanlı muzeyin həm də AMEA strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirdiyini və bu binanın ölkə başçısının göstərişi ilə əsaslı təmir olunduğunu diqqətə çatdırıb.

Daha sonra səfir muzeyin zallarında Azərbaycan tarixinə aid nümayiş etdirilən maddi mədəniyyət nümunələri ilə yaxından tanış olub, həmçinin H.Z.Tağıyevin xatirə muzeyini ziyarət edib. 

Muzeydə nümayiş etdirilən eksponatlar rusiyalı qonaqda zəngin təəssürat yaradıb. M.Boçarnikov Azərbaycan və Rusiya arasındakı tarixi, elmi-mədəni əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Sonda akademik Nailə Vəlixanlı səfirə muzeyin nəfis tərtibatlı nəşrlərini hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: