Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü İbrahim Cəfərov Moldova Dövlət Aqrar Universitetinin fəxri doktoru adına layiq görülüb
05.10.2018 10:04
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İbrahim Cəfərov Moldova Dövlət Aqrar Universitetinin fəxri doktoru adına layiq görülüb

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov Moldova Dövlət Aqrar Universitetinin yaradılmasının 85 illiyinə həsr olunan “Dünya üzümçülüyünün inkişaf problemləri və istiqamətləri” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Alim tədbirdə Azərbaycanda aqrar sahədə üzümçülüyün yeri, bu sahənin inkişafına dövlət dəstəyi, kadr təminatı, ali təhsil müəssisələri arasında müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi və birgə elmi-tədqiqatların aparılmasının prioritet istiqamətləri barədə danışıb.

MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələrinin rektorlarının iştirak etdiyi konfransda İ.Cəfərov Moldova Dövlət Aqrar Universitetinin fəxri doktoru adına layiq görülüb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: