Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər Tbilisidə keçirilən beynəlxalq tədbirdə iştirak ediblər
01.10.2018 16:56
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Tbilisidə keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Qafqaz və Mərkəzi Asiyada seysmik şəbəkələrin genişləndirilməsi" adlı yeni layihənin ilk iclası keçirilib.

ABŞ, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan alimlərin qatıldığı tədbirdə ölkəmizi Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, müəssisənin baş mühəndisi Rauf Muradov və sistem administratoru Ruqiyyə Kərimova təmsil ediblər.

İclasda Q.Yetirmişlinin "Azərbaycanın seysmik şəbəkəsinin müasirləşdirilməsi" mövzusunda məruzəsi dinlənilib, suallar cavablandırılıb.

Tədbir çərçivəsində məlumatların qəbul edilməsi və ötürülməsi, seysmik stansiyaların monitorinqi və saxlanılması, seysmik şəbəkələrin genişləndirilməsi kimi məsələlər müzakirə olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: