www.science.az
01.10.2018 16:25

“Eldar Zeynalov” biblioqrafiyası nəşr olunub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Eldar Zeynalovun 70 illiyinə həsr olunan biblioqrafiya çapdan çıxıb.

Biblioqrafik göstəricidə E.Zeynalovun elmi və pedaqoji fəaliyyəti, elmi əsərləri, həmçinin kimyaçı alim haqqında yazılmış mənbələr barədə məlumatlar yer alıb.

Kitabın tərtibçisi kimya üzrə fəlsəfə doktoru Elçin Hüseynovdur.

Nəşr kimya, kimyəvi kinetika və kataliz, yüksək molekullu birləşmələr və neft kimyası sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.