Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Azərbaycan İlahiyyat İnstitutunda mühazirə oxuyub
01.10.2018 10:31
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Azərbaycan İlahiyyat İnstitutunda mühazirə oxuyub

Sentyabrın 28-də Azərbaycan İlahiyyat İnstitutunda “Gəncliyin fəlsəfəsi” mövzusunda seminar keçirilib.

Tədbirdə “Gəncliyin fəlsəfəsi” mövzusunda məruzə edən Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə gəncliyin qurulacaq insan abidəsinin postamentini qiymətləndirən, möhkəmləndirən və üzərində ucaldılacaq abidənin miqyasını təyin edən mərhələ olduğunu bildirib.

Məruzəçi tarixdə izi qalan, gənc yaşına baxmayaraq müdrikliyi ilə bəşəriyyətə, millətinə nümunə, lider, hətta xilaskar ola bilən gənclərin şəxsiyyətini təhlil edib. Gəncliyin əhəmiyyətli tərəfinin, hətta ən böyük assosiasiyasının cəsarət, hünər olduğunu deyən alim müzakirə zamanı gənc sərkərdələrdən də danışıb, onların simasında qılınc və qələmin kamil tandemini göstərməyə çalışıb.

K.Bünyadzadə qeyd edib ki, tarixin istənilən kəsiyində dünya mənzərəsinə baxanda ön planda həmişə gəncliyi görmək mümkündür. Yeni ideyalar irəli sürən, cəsarətli addımlar atan, savaşlarda göz qırpmadan canını fəda edən, eyni zamanda, cəmiyyətin sabitliyini kökündən sarsıda bilən hərəkatlar, təşkilatlar yaradan, müstəqil seçim adı ilə fanatizmə qurban gedə bilənlər məhz gənclərdir.

Seminar gənclərin maddiyyat və əbədiyyət, qılınc və qələm arasında etdikləri seçim, gənclik və cəmiyyət, gəncliyin fateh ruhu, onun qorxuları, sevgisi, yaradıcılıq axtarışları kimi əlaqəli kontekstdə müzakirələrlə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: