www.science.az
01.10.2018 09:20

Mərkəzi Elmi Kitabxana Vergilər Nazirliyi ilə kitab mübadiləsi həyata keçirib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) AR Vergilər Nazirliyinin Tədris Mərkəziylə kitab mübadiləsi həyata keçirib.

Mübadilə çərçivəsində mərkəz tərəfindən MEK-ə “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”, "Ünvanlı vergi xidmətləri", “Vergiyə giriş”, "Vergi və investisiya mühiti" və s. kimi vergi, hüquq mövzularını özündə əks etdirən kitablar təqdim edilib.

MEK tərəfindən isə Tədris Mərkəzinə “Müstəqillik yollarında”, “Naxçıvan ensiklopediyası”, “Rus və erməni mənbələri işığında erməni problemi”, “Naxçıvan diyarında sənətkarlıq və ticarət”, “Beynəlxalq münasibətlərin müasir problemləri və BMT” və s. mövzularda kitablar hədiyyə olunub.

Qeyd edək ki, MEK-in fondları məcburi nüsxələr, abunə, hədiyyələr və beynəlxalq kitab mübadiləsi vasitəsilə formalaşdırılır. MEK mübadilə fondunda mühafizə olunan kitabları yerli və beynəlxalq akademik qurumlara təqdim edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.