Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

28.09.2018 10:55
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin müəllifi olduğu kitab Rusiyada mükafata layiq görülüb

Azərbaycanlı alimlərin müəllifi olduğu kitab Rusiyada mükafata layiq görülüb

Rusiyanın paytaxtı Moskva şəhərində 31-ci Beynəlxalq Kitab Sərgi Yarmarkası keçirilib.

Yarmarka çərçivəsində 30 ölkənin 300-dən çox nəşriyyatının elm, təhsil, sorğu-ensiklopedik, uşaq ədəbiyyatına dair kitabları, monoqrafiya, dərslik, metodik vəsaitlər və məruzələri nümayiş olunub.

Sərgidə Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, müəssisənin Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə MəmmədovaCoğrafiya şöbəsinin kiçik elmi işçisi Qiyas Qurbanovun həmmüəllifi olduğu “Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit” adlı kitab da nümayiş etdirilib. Bölmə əməkdaşlarının sözügedən kitabı elmin və təhsilin inkişafında əhəmiyyətinə görə, Təşkilat Komitəsinin “Qızıl medal” mükafatına layiq görülüb. Həmin nəşr Təbiətşünaslıq Akademiyasının ekspozisiyasında sərginin annotasiya olunan kataloquna salınıb və vəsaitin həmmüəllifləri sessiyada və sərgidə iştirak etmək üçün dəvət alıb.

Qeyd edək ki, kitabın mükafatı 9-13 oktyabr tarixlərində Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsində keçiriləcək Rusiya Təbiət Elmləri Akademiyasının payız sessiyasında veriləcək. Sessiyada, həmçinin 38-ci beynəlxalq təhsil və elmi-metodik nəşrlərin sərgisi olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: