Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alternativ Nobel mükafatının laureatlarının adları açıqlanıb
27.09.2018 15:09
  • A-
  • A
  • A+

Alternativ Nobel mükafatının laureatlarının adları açıqlanıb

Stokholm şəhərində Nobel mükafatının analoqu adlanan “Düzgün həyat tərzi üçün” ("Right Lifestyle") mükafatının təqdimat mərasimi keçirilib.

Mükafata Qvatemaladan olan hüquqşünaslar İvan Velasquez və Telma Aldana ölkələrində yüksək səviyyəli hakimiyyətlərin korrupsiyaya qarşı mübarizəsində fəal iştiraklarına, Burkina Fasolu fermer Yakuba Savadogo isə Afrikada çöllərin yayılmasına qarşı apardığı tədqiqatlarına görə layiq görülüblər. Bundan başqa, mükafat səhra və yarımsəhra bölgələrində müvəffəqiyyətlə meşə yetişdirmək üçün yeni ixtirasına görə avstraliyalı aqronom Toni Rinaudaya verilib.

Bu il Səudiyyə Ərəbistanının nümayəndələri də ilk dəfə "Right Lifestyle"-a layiq görülüblər. Üç hüquq müdafiəçisi - Valid Əbu XeyrMəhəmməd Fəhad əl-Qahtani və Abdullah əl Hamid mükafatın laureatlarıdır.

Qeyd edək ki, jurnalist Jakob von Juxkullm tərəfindən 1980-ci ildə təsis olunan bu mükafat beynəlxalq münsiflər heyəti tərəfindən ətraf mühitin mühafizəsi, insan hüquqları, sağlamlıq, təhsil kimi sahələrdə nailiyyət əldə etmiş şəxslərə təqdim edilir. Qaliblər arasında bölünən məbləğ 3 milyon İsveç kronu (təxminən 350 min dollar) təşkil edir.

"Alternativ Nobel mükafatı" kimi tanınan mükafatın hazırda 69 ölkədən 170 laureatı var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: