Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Dilqəm Tağıyev Kimya və Üzvi Kimya üzrə VIII Dünya Konqresinin Təşkilat Komitəsinə üzv seçilib
25.09.2018 11:33
  • A-
  • A
  • A+

Akademik Dilqəm Tağıyev Kimya və Üzvi Kimya üzrə VIII Dünya Konqresinin Təşkilat Komitəsinə üzv seçilib

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev 22-24 oktyabr 2018-ci il tarixlərində Almaniyanın Frankfurt şəhərində keçiriləcək Kimya və Üzvi Kimya üzrə VIII Dünya Konqresinin Təşkilat Komitəsinə üzv seçilib.

Alim konqresdə “Dərman maddələrinin immobilizə olunmasında polimer əsaslı nanovektorların istifadəsi” mövzusunda məruzə ilə çıxış edəcək.  

Tədbirdə, həmçinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı, k.ü.f.d. Şamo Tapdıqov "N-metil N-benzil xitozanın so-alkilləşmə metodu ilə sintezi və tədqiqi" mövzusunda məruzəsini təqdim edəcək.

Qeyd edək ki, Fransa, Almaniya, Birləşmiş Krallıq, Rusiya, Misir, Qətər, İspaniya və Polşa kimi ölkələrin tanınmış alimlərinin iştirak edəcəyi tədbir 2010-cu ildən etibarən hər il təşkil olunur. Konqresin təşkilində məqsəd dünyanın müxtəlif ölkələrində kimyayönümlü sənaye, akademik qurumlar və elmi-tədqiqat mərkəzlərinin istehsalat imkanlarını və tətbiqi xarakterli elmi-tədqiqat işlərini təkmilləşdirmək üçün yeni əməkdaşlıq yaratmaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: