Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

25.09.2018 11:43
  • A-
  • A
  • A+

AMEA-nın Yüksək Texnologiyalar Parkı “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində təmsil olunur

AMEA-nın Yüksək Texnologiyalar Parkı “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində təmsil olunur

Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb.

Sərginin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı səfirliklərin, beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin müdafiə nazirləri və digər əlaqədar qurumların nümayəndələri iştirak edirlər.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub.

Sonra Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev çıxış edərək üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisinin regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olduğunu, burada müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayiş etdirildiyini vurğulayıb.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, “ADEX-2018” sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. Sərgidə Azərbaycan, Belarus, Çin, Fransa, İsrail, Pakistan, İran, Rusiya, Serbiya, Türkiyə və Ukraynanın aparıcı şirkətləri 11 stendlə təmsil olunur. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki istehsalat birlikləri və zavodlar, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi sərginin fəal iştirakçılarıdır.

Burada peşəkarlar ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcud və inkişaf edən potensialı ilə yaxından tanış ola bilmək imkanı əldə edəcək.

Bu il Azərbaycandan “Caspian Ship Building Company”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı, “Vitta” elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin silah və zirehli texnikaya baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə iştirak edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: