Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Otman-Bozdağ palçıq vulkanı püskürüb
24.09.2018 09:49
  • A-
  • A
  • A+

Otman-Bozdağ palçıq vulkanı püskürüb

Sentyabrın 23-də saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib. 

Bu barədə AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru, professor Adil Əliyev məlumat verib.

Onun sözlərinə görə, ikinci püskürmə saat 09:58 radələrində qeydə alınıb. Alovun hündürlüyü 200-300 metrə çatıb. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb.

Xatırdaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağda son 200 il ərzində 10 püskürmə qeydə alınıb. İlk püskürmə 1854-cü ildə, son püskürmə isə 2017-ci il fevral ayının 6-da baş verib.

Hazırda ərazidə Geologiya və Geofizika İnstitutunun alimləri tərəfindən tədqiqatlar aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: