Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Folklorşünas alimin 10 cilddən ibarət əsərlərinin birinci cildi çapdan çıxıb
21.09.2018 14:08
  • A-
  • A
  • A+

Folklorşünas alimin 10 cilddən ibarət əsərlərinin birinci cildi çapdan çıxıb

Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyevin 10 cilddən ibarət əsərlərinin birinci cildi işıq üzü görüb.

"Romantizmin nəzəriyyəsi" adlı birinci cildin elmi redaktoru və "Ön söz"ün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, tərtibçisi isə fil.ü.f.d., dos. Fidan Qasımovadır. 

Birinci cilddə XX əsr Azərbaycan romantikləri Məhəmməd Hadinin, Hüseyn Cavidin, Abbas Səhhətin, Abdulla Şaiqin ədəbi-nəzəri görüşlərinin təhlilinə həsr edilmiş tədqiqatlar yer alıb. Bundan başqa, Azərbaycan romantiklərinin dünyagörüşünün formalaşması, romantik ədəbiyyat və sənətkar problemi, romantiklərin yaradıcılığının folklorla əlaqələri geniş araşdırılıb.

Romantiklərin bədii yaradıcılıqları ilə ədəbi-nəzəri görüşləri arasındakı vəhdətin aşkara çıxarılması tədqiqatın əsas elmi nəticəsi kimi dəyərləndirilib.

Müəllifin romantizmin nəzəriyyəsinə dair araşdırmaları birinci cildə həm Azərbaycan, həm də rus dillərində daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: