Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gəncə Bölməsində Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını əks etdirən veb-sayt hazırlanıb
14.05.2014 00:00
  • A-
  • A
  • A+

Gəncə Bölməsində Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını əks etdirən veb-sayt hazırlanıb

AR Prezidenti İlham Əliyevin “Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” 3 fevral 2014-cü il tarixli Sərəncamına uyğun olaraq ölkəmizdə bir sıra silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə AMEA Gəncə Bölməsində Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını əks etdirən veb-sayt hazırlanıb.

Yaxın günlərdə istifadəyə veriləcək “3w.mirzashafi.az” saytı 7 bölmədən ibarət olacaq. Burada Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı, onun hikmətli sözləri, xələfləri və sələfləri haqqında ətraflı məlumat veriləcək.

Saytın ana səhifəsində dahilərin Mirzə Şəfi Vazeh haqqında dediyi sözlər, biblioqrafiya bölməsində ədib haqqında yazılan kitab və biblioqrafiyalar barədə məlumatlar yer alacaq. Musiqi bölməsində isə dahi şairin şeirlərinə bəstələnmiş musiqilərin notları yerləşdiriləcək.

Sayta Mirzə Şəfi Vazehin Avropanın Berlin Milli Arxivi və Kitabxanası, eləcə də Almaniyanın Prussiya mədəni irsi Mərkəzindən ölkəmizə gətirilmiş əlyazmaları da yerləşdiriləcək.

Veb-sayt Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və alman dillərində də fəaliyyət göstərəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: