www.science.az
20.09.2018 09:10

Riyaziyyat və Mexanika İnstitutunda tanınmış mədəniyyət və ədəbiyyat xadimləri ilə görüş keçirilib

Sentyabrın 19-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda tanınmış kinorejissor, Azərbaycanın Dövlət Mükafatı laureatı, Xalq artisti Şeyx Əbdül Mahmudov və nasir, şair, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş keçirilib.

Tədbirdə Şeyx Əbdül Mahmudov gənclərin ölkənin ictimai-siyasi həyatında fəallığına nail olmağın, onların maariflənməsinə xüsusi diqqət yetirməyin önəmini vurğulayıb.

Sonra Baba Vəziroğlu “Məndən bir də olmayacaq”, “Xatirədir”, “Çıx qatar yoluna” kimi məşhur şeirlərini səsləndirib, yaradıcılığı ilə bağlı xoş xatirələrini dinləyicilərlə bölüşüb.

Sonda çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov hər iki qonağa yaradıcılığında uğurlar arzulayıb, onlara xatirə hədiyyələri təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.