Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri AMEA Radiasiya Problemləri İnstitutunda olublar
20.09.2018 12:15
  • A-
  • A
  • A+

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri AMEA Radiasiya Problemləri İnstitutunda olublar

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri, Pakistan Atom Enerji Komitəsinin Kənd Təsərrüfatı və Biologiya üzrə Nüvə İnstitutunun əməkdaşları - Dr. Xalid Mahmud və Dr. Sajjad Haydar AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) olublar.

Görüşdə əsas məqsəd radiasiya texnologiyalarının imkanlarından istifadə etməklə RPİ-də aparılan elmi-tədqiqat işləri ilə tanışlıq, daxili potensialın öyrənilməsi və əməkdaşlıq imkanlarının müzakirəsi idi.

İnstitutun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verib, burada fəaliyyət göstərən laboratoriyalarla qonaqları tanış edib.

Daha sonra Dr. Xalid Mahmud Pakistan Kənd Təsərrüfatı və Biologiya üzrə Nüvə İnstitutunun elmi-tədqiqat istiqamətləri, qurumda yerinə yetirilən layihələr barədə təqdimatla çıxış edib.

Görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşları da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: