www.science.az
20.09.2018 09:46

Akademik Telman Əliyev Bakıda keçirilən avtomatika sahəsində nüfuzlu beynəlxalq konfransda məruzə edib

Bakıda Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının (IFAC) dəstəyi ilə Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik üzrə 18-ci beynəlxalq elmi konfrans (TECIS 2018) keçirilib.

Konfransının keçirilməsində əsas məqsəd texnologiya, mədəniyyət və beynəlxalq sabitlik üzrə yeni tədqiqat nəticələrini təqdim etmək və ideya-təcrübə mübadiləsi aparmaq üçün sənaye və elm sahəsinin mütəxəssislərini bir araya gətirmək olub. Tədbirin mövzuları avtomatik idarəetmənin texnika, iqtisadiyyat, robotika, tibb, sosial həyat və siyasət ilə əlaqəsini özündə əks etdirib. 

Beynəlxalq tədbirdə AMEA-nın Riyaziyyat və Mexanikaİdarəetmə Sistemləri institutlarının əməkdaşları, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Xarici İşlər və Təhsil nazirliklərinin nümayəndələri, eləcə də Avstriyanın QHT-ləri və ali təhsil ocaqlarının rəsmiləri iştirak ediblər.

Konfransın plenar iclasında İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev “Avtomatlaşdırılmış idarəetmə sistemlərində qəzaların başlanğıcının noise nəzarəti” mövzusunda məruzə edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Akademik T.Əliyev, həmçinin konfransda fəal iştirakına görə Fəxri fərmanla təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.