Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Görkəmli bəstəkar Arif Məlikovun 85 illiyi AMEA-da qeyd olunacaq
19.09.2018 16:31
  • A-
  • A
  • A+

Görkəmli bəstəkar Arif Məlikovun 85 illiyi AMEA-da qeyd olunacaq

Sentyabrın 21-də saat 11:00-da Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında görkəmli bəstəkar, Xalq artisti, Dövlət Mükafatı laureatı, “İstiqlal” ordenli, akademik Arif Məlikovun 85 illiyinə həsr olunan tədbir keçiriləcək.

Yığıncaq AMEA-nın Humanitar Elmləri Bölməsi ilə Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə “Arif Məlikovun yaradıcılığı dünya musiqi mədəniyyəti kontekstində”, “Arif Məlikovun musiqisi dünya balet teatrında”, “Arif Məlikovun rəssamlıq fəaliyyəti” mövzularında məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., H.Cavid pros. 115, IV mərtəbə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: