www.science.az
14.05.2014 00:00

Genetik Ehtiyatlar İnstitutunda almaniyalı alimlə görüş keçirilib

AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov Almaniyanın Qöttingen Universitetinin Bitki-Ekologiyası və Ekosistemi şöbəsinin əməkdaşı Dr.Stefan Meyeri qəbul edib. Görüş çərçivəsində yeni ekoloji botaniki tədqiqat üsullarının öyrənilməsi, biomüxtəlifliyin mühafizəsi və ali bitkilərdən xoruzgülü cinsinin monoqrafik tədqiqi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

İnstitutda görüşdən sonra təşkil olunan seminarda S.Meyer apardığı tədqiqatlar barədə əməkdaşlara ətraflı məlumat verib.

Seminardan sonra 3 gün müddətində Abşeron, Siyəzən, Şabran, Quba, Qusar, Qobustan, Şamaxı, Ağsu, Göyçay, İsmayıllı rayonlarına xoruzgülü cinsi və bir çox dərman bitkilərinin toplanılması məqsədilə ekspedisiya təşkil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.