Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Gələn il iki Ay tutulması hadisəsi baş verəcək
19.09.2018 09:36
  • A-
  • A
  • A+

Gələn il iki Ay tutulması hadisəsi baş verəcək

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2019-cu il baş verəcək Ay tutulmalarının vaxtını açıqlayıb.

Rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, növbəti il 2 Ay tutulması hadisəsi baş verəcək.

İlk Ay tutulması 21 yanvar 2019-cu ildə yerli vaxtla saat 07:34-də başlayacaq və 09:43-də başa çatacaq. Tam tutulma 1 saat 2 dəqiqə çəkəcək və Azərbaycanda müşahidə olunmayacaq.

Gələn il sonuncu Ay tutulması 17 iyul 2019-cu ildə Bakı vaxtı ilə saat 00:03 - 02:59-da baş verəcək və tutulma yenə ölkəmizdə müşahidə edilə bilməyəcək.

X.Mikayılov bildirib ki, bu tutulmalar mərkəzi tutulmalar adlanır. Yəni tutulma Yerin ekvatorial zonasında baş verəcək, Ay kölgənin mərkəzindən keçəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: