www.science.az
18.09.2018 15:54

“Folklorda məna axtarışı: metodoloji yanaşmalar, ideoloji baxışlar və sosial-mədəni stereotiplər” mövzusunda elmi seminar keçiriləcək

Sentyabrın 20-də saat 11:00-da Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayevin “Folklorda məna axtarışı: metodoloji yanaşmalar, ideoloji baxışlar və sosial-mədəni stereotiplər” mövzusunda elmi seminarı keçiriləcək.

Seminar Folklor İnstitutu tərəfindən təşkil olunacaq.

Tədbir son illər dünya folklorşünaslığının aktual mövzularından biri olan nəzəri məktəblər, metodoloji baxışlar və sosial proseslərdən asılı olaraq daim dəyişən  folklorda “məna konsepti”nin müxtəlif elmi aspektlərinin müzakirəsinə həsr olunacaq.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 129, otaq 301

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.