Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Üzeyir Hacıbəylinin şəxsi arxivinin təsviri çapdan çıxıb
18.09.2018 09:26
  • A-
  • A
  • A+

Üzeyir Hacıbəylinin şəxsi arxivinin təsviri çapdan çıxıb

“Elm” nəşriyyatı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivinin təsvirini çap edib.

Arxivdə Ü.Hacıbəylinin tərcümeyi-halı, şəxsi sənədləri, notları və musiqi nəzəriyyəsi barədə tədqiqatlarının əlyazmaları, məktubları, ictimai fəaliyyəti ilə bağlı sənədlər və s. haqqında məlumatlar əksini tapıb. Bu materialları filologiya üzrə fəlsəfə doktoru, mərhum tədqiqatçı Elmira Əlibəyli, elmi işçi Aytən İmanova təsvir ediblər.

Kitabın elmi redaktoru Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmlər doktoru Paşa Kərimovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: