Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.09.2018 12:30
  • A-
  • A
  • A+

"Qafqaz kəsilişi" layihəsi çərçivəsində elmi tədqiqat işləri davam etdirilir

"Qafqaz kəsilişi" layihəsi çərçivəsində elmi tədqiqat işləri davam etdirilir

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM), ABŞ-ın Enerji Departamenti və Ukrayna Elmi Texnologiya Mərkəzinin "Qafqaz kəsilişi" adlı birgə layihəsi çərçivəsində işlər davam etdirilir.

Bu günlərdə Bakıya səfər edən amerikalı seysmoloqlar - Missuri Universitetinin professoru Erik Sandvol, həmin universitetin əməkdaşı Gunnels Michael James, eləcə də RSXM-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, Episentral şöbəsinin əməkdaşları Nicat Əsgərov, Asif  Süleymanov  və  Zəlzələlərin tədqiqatı şöbəsinin əməkdaşı Vüqar Fərəcovun iştirakı ilə İsmayıllıda 6, Göyçayda 1 və Quba rayonunda isə 6 stansiya "Qafqaz kəsilişi" boyunca yerləşdirilib.

Xatırladaq ki, layihə iştirakçıları tərəfindən Hacıqabul, Neftçala, Göyçay və Qusar rayonlarında 4 stansiya quraşdırılıb. Layihə çərçivəsində elmi tədqiqat işləri davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: