www.science.az
13.05.2014 00:00

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Vyanada ezamiyyətdə olub

AMEA Radiasiya Problemləri İnstitutunun Beynəlxalq Nüvə İnformasiya Sistemi Milli Mərkəzinin rəhbəri, kimya üzrə fəlsəfə doktoru Dinara Abbasova Avstriyanın paytaxtı Vyanada ezamiyyətdə olub. Məqsəd burada yerləşən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən təşkil olunmuş tədbirdə iştirak etmək idi. “Nüvə və analitik texnologiyaların müxtəlif tətbiqləri” mövzusunda məruzə ilə çıxış edən D.Abbasova son 8 il ərzində bu sahədə aparılan tədqiqatlar və əldə olunan elmi nəticələr barədə ətraflı məlumat verib.

Azərbaycanlı alimin məruzəsi AEBA-nın “Nüvə Sahəsində Qadınlar” təşkilatı tərəfindən yüksək qiymətləndirilib. Məruzəçi sertifikatla təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.