Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” adlı fundamental kitab Rusiyada nəşr olunub
12.09.2018 11:39
  • A-
  • A
  • A+

“Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” adlı fundamental kitab Rusiyada nəşr olunub

“Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” adlı fundamental kitab Rusiya Federasiyasının Orexova-Zuevo vilayətində Dövlət Humanitar Texnologiya Universitetinin nəşriyyatında rus dilində çap olunub.

Kitabın müəllifləri AMEA Naxçıvan Bölməsinin  Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, həmin institutun əməkdaşları - professor Əliyar İbrahimov, biologiya üzrə fəlsəfə doktorları Ənvər İbrahimovRamiz Ələkbərov, Azərbaycan Dövlət Aqrar Universitetinin Elm şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Abbas İsmayılov, kimya üzrə fəlsəfə doktoru, dosent Vahid Quliyev və Naxçıvan Dövlət Universitetinin baş müəllimi Əli Qurbanovdur.

Yeni nəşrdə Naxçıvanın flora biomüxtəlifliyində faydalı bitkilər, xüsusilə müalicəvi təsiri olan dərman bitkilərinin yayılma zonaları müəyyən edilib, onların tərkibindəki bioaktiv maddələrin ayrı-ayrı xəstəliklərdə müalicəvi əhəmiyyəti araşdırılıb. Kitabda, həmçinin Naxçıvan florasında yayılmış dərman bitkilərinin təbiətdəki müasir vəziyyəti və təbii ehtiyatı bol olan bu növlərin mövcud yayılma zonaları müvafiq xəritələrdə verilib. Dərman bitkilərinin rəngli fotoşəkilləri, yayıldığı ərazilər, kimyəvi tərkibi, müalicəvi əhəmiyyəti, eyni zamanda bu bitkilərinin toplanılması, qurudulması və saxlanması qaydaları göstərilib.

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ərəfəsində hazırlanan kitabın elmi redaktoru, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, rəyçiləri isə AMEA-nın müxbir üzvləri Saleh Məhərrəmov və Tofiq Məmmədovdur.

Nəşr Naxçıvan Muxtar Respublikasında mövcud olan 132 növ rəsmi dərman bitkisinin sistematik vəziyyəti, təbii və istismar ehtiyatı, kimyəvi tərkibi və yayılma zonaları haqqında geniş təsəvvür yaradan ilk kitabdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: