Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Gəncliyin fəlsəfəsi” mövzusunda mühazirə dinləniləcək
11.09.2018 17:12
  • A-
  • A
  • A+

“Gəncliyin fəlsəfəsi” mövzusunda mühazirə dinləniləcək

Sentyabrın 28-də saat 15:00-da Azərbaycan İlahiyyat İnstitutunda AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Gəncliyin fəlsəfəsi” mövzusunda mühazirəsi dinləniləcək.

Məruzə eramızdan əvvəlki dövrdən bu günə qədər gənc yaşda ugur qazanmış, tarixdə əhəmiyyətli rol oynamış şəxsiyyətlərin nümunəsində gəncliyin fəlsəfəsi mövzusuna həsr edilib.

Əsas məqsəd gəncliyin öz potensialını vaxtında və düzgün qiymətləndirməsi, bilik və bacarıqlarını həm özü, həm də millətinin inkişafı yönündə istifadəsinə dair təcrübələri bölüşmək, həmçinin mövzu ətrafında geniş fikir mübadiləsi aparmaqdır.

Qeyd edək ki, mühazirədə ali məktəblərin 1-ci kurs tələbələri, müəllimlər və digər maraqlanan şəxslər iştirak edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: