www.science.az
11.09.2018 14:50

Azərbaycanlı alimin kitabı Türkiyədə çapdan çıxıb

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevanın “Hilafet`in bilim ve eğitim merkezlerinde Azerbaycan aydınları (Xilafətin elm və təhsil mərkəzlərində Azərbaycan ziyalıları”) adlı kitabı Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində çap olunub.

Kitabı türk dilinə tərcümə edən ilahiyyət elmləri üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə, redaktor isə Yonca Ayla Mavilidir.

Əsərdə orta əsrlərdə xilafət ərazisindəki 30-dan çox mədrəsənin azərbaycanlı müəllimləri və Azərbaycanda pedaqoji fəaliyyət göstərən ərəb alimləri haqqında geniş məlumat yer alıb.

Kitab orta əsr Azərbaycan elmi mühiti barədə türk oxucularının məlumatlandırılması baxımından dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.