www.science.az
11.09.2018 14:35

Mikrobiologiya İnstitutunun alimi Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən təltif olunub

AMEA-nın Mikrobiologiya İnstitutunun laboratoriya müdiri, b.e.d., dosent Könül Baxşəliyeva Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən “Əməkdar elm və təhsil xadimi” fəxri adına layiq görülüb.

Alim mikrobiologiya elminin inkişafına verdiyi töhfələrə görə bu mükafatla təltif olunub.

Qeyd edək ki, K.Baxşəliyeva ABŞ, Rusiya, Portuqaliya, Avstriya, Cənubi Afrika, Hindistan, Ukrayna, Qazaxıstan və digər ölkələrdə dərc olunmuş 100-ə yaxın elmi əsərin müəllifidir. O, AMEA, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun və digər qurumların qrant müsabiqələrində qalib olub.

K.Baxşəliyeva Azərbaycanda biologiya üzrə ən gənc elmlər doktorudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.