Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Kiyevdə elmi ezamiyyətdədir
11.09.2018 11:19
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Kiyevdə elmi ezamiyyətdədir

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı sentyabrın 7-dən etibarən Ukraynanın paytaxtı Kiyev şəhərində elmi ezamiyyətdədir.

Məqsəd Kiyev Milli Universitetində tədqiqatların nəticələrini müzakirə etmək, gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməkdir.

Bundan əlavə, azərbaycanlı alim Kiyevdə keçirilən IV Beynəlxalq Kimya və Kimya Texnologiyası üzrə Türk konqresində məruzə ilə çıxış edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: