www.science.az
11.09.2018 10:35

“Qeyri-ənənəvi yemləmənin heyvandarlıqda tətbiqi” mövzusunda seminar keçiriləcək

12-13 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “Qeyri-ənənəvi yemləmənin heyvandarlıqda tətbiqi” mövzusunda seminar keçiriləcək.

Seminarda Rusiya, Türkiyə, Almaniya və digər ölkələrin nümayəndələri, eyni zamanda yerli mütəxəssis və ekspertlər iştirak edəcək.

Tədbir AR Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Gilan Holding, Ağdaş Yem Fabrikinin dəstəyi, Gəncə Aqrobiznes Assosiasiyası, AMEA Genetik Ehtiyatlar İnstitutu və  Baytarlıq Elmi-Tədqiqat İnstitutunun tərəfdaşlığı ilə baş tutacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.