www.science.az
10.09.2018 15:13

Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Beynəlxalq Astronomiya İttifaqına üzv seçilib

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Planetlər və kiçik səma cisimləri şöbəsinin böyük elmi işçisi Rüstəm Quliyev Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Beynəlxalq Astronomiya İttifaqının (BAİ) Baş Assambleyasında bu mötəbər quruma üzv seçilib.

R.Quliyev, eyni zamanda, BAİ-nin DİVİSİON A (Fundamental astronomiya) və DİVİSİON F (Planetar sistemlər və astrobiologiya) komissiyalarına daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.