Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan ilan zəhəri sata bilər
07.09.2018 12:41
  • A-
  • A
  • A+

Azərbaycan ilan zəhəri sata bilər

Türkiyənin “Marmara trade” şikəti ilə Azərbaycanda sovet dövründən miras qalan gürzə ilanının zəhərinin ixracı üçün danışıqlar aparılır.

Bu barədə məlumatı AMEA-nın Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov verib. Alim bildirib ki, sovet dövründən sonra – müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq, ilan zəhərinin ixrac edilməsi üçün danışıqlara başlanılıb: “Hazırda Türkiyənin “Marmara trade” şikəti ilə yazışma mərhələsindəyik. Onlar sovet dövründən qalan zəhərin bir hissəsinin alınması üçün müraciət ediblər. Şirkət həmin zəhəri beynəlxalq laboratoriyada analizdən keçirəcək. Zəhərin nə dərəcədə yararlı olması barədə dəqiq məlumat aldıqdan sonra isə danışıqların ikinci mərhələsinə başlanılacaq”.

E.Yusifov qeyd edib ki, sovet dövründən Azərbaycana təxminən 20 kq ilan zəhəri miras qalıb. Bunu çox böyük rəqəm sayan institut direktoru bildirib ki, “Marmara trade” şikəti bu zəhərin 8-10 kq-nı almaq niyyətindədir.

Alim əlavə edib ki, əgər Türkiyə şirkəti ilə aparılan danışıqlar nəticəsində ixrac baş tutarsa, Zoologiya İnstitutu AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Rəyasət Heyəti qarşısında Azərbaycanda ilan zəhərinin sənaye məqsədi ilə istehsalının bərpası məsələsini qaldıracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: