Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Azərbaycan və İtaliya alimləri birgə tədqiqatlar aparır
07.09.2018 12:18
  • A-
  • A
  • A+

Azərbaycan və İtaliya alimləri birgə tədqiqatlar aparır

İtaliya Milli Tədqiqatlar Şurasının (CNR) Ətraf Mühitin Təhlili Metodologiyası İnstitutunun əməkdaşı, professor Lusiano Teleska AMEA-nın Geologiya və Geofizika İnstitutunda olub.

Məqsəd “Mingəçevir (Azərbaycan) ərazisində su anbarında yaranan yönəldilmiş seysmik effektin tədqiqi və seysmik təhlükənin qiymətləndirilməsi” mövzusunda birgə aparılan elmi-tədqiqat layihəsi ilə bağlı müzakirələr aparmaq idi.

Layihənin rəhbərləri AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və L.Teleskadır.

Alimlər görüş zamanı Mingəçevir su anbarı ətrafında olan GPS stansiya məlumatların fraktal və spektral analizinin nəticələrini və iş planını müzakirə ediblər. Bundan əlavə, gənc alimlər üçün yerin geofiziki sahələrinin monitorinqi ilə əldə edilən ardıcıllıqların analiz və interpretasiya metodlarına dair İtaliyada keçirilməsi planlaşdırılan seminarla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sözügedən layihə AMEA ilə CNR tərəfindən 2017-ci ildə birgə elan edilmiş müsabiqədə qalib olub. Layihənin icrasında AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları da iştirak edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: