Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Tanınmış alim Elmin İnkişafı Fondunda olub
06.09.2018 15:26
  • A-
  • A
  • A+

Tanınmış alim Elmin İnkişafı Fondunda olub

Bioinformatika sahəsində tanınmış alim, İngiltərə Tibb Tədqiqatları Şurasının Kembricdə yerləşən Molekulyar Biologiya Laboratoriyasının Hesablama struktur biologiyası qrupunun rəhbəri, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, professor Qərib Mürşüdov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda olub.

Fondun icraçı direktoru Elçin Babayevin iştirakı ilə keçən görüşdə elmdə müasir meyllər, elmin maliyyələşdirilməsinin mexanizmləri, elmi tədqiqatların təşkili, beynəlxalq əlaqələr, kadr hazırlığı və bu kimi məsələlər müzakirə edilib, elmi diasporanın rolu üzrə fikir mübadiləsi aparılıb.

Bu cür məsləhətləşmələrin mütəmadi olaraq baş tutması barədə ümumi razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: