www.science.az
06.09.2018 09:40

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Folklor İnstitutunda olub

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Səlma Kösəoğlu AMEA-nın Folklor İnstitutunun qonağı olub.

İnstitutun direktoru, akademik Muxtar İmanovla görüşdə qonağa müəssisənin tarixi, elmi-tədqiqat istiqamətləri və həyata keçirilən layihələr haqqında məlumat verilib.

S.Kösəoğlu isə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək “Unudulan sözlər yaşadılsın: “Divanü Lüğat-it Türk” beynəlxalq konfransına Folklor İnstitutunun da təşkilatçı tərəf kimi qoşulmasını təklif edib.

Danışıqlar nəticəsində konfransın sentyabrın 14-də Bakıda keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.