Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab” kitabı çapdan çıxıb
05.09.2018 09:49
  • A-
  • A
  • A+

“Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab” kitabı çapdan çıxıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab” kitabını nəşr edib.

Kitab Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi və 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamları ilə açılır.

Nəşrin tərtibçisi Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, elmi redaktoru Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Anar İsgəndərlidir.

Kitabda AXC-nin tarixi, qurucuları, dövlət atributları, qəbul etdiyi qanun və qərarları, ən mühüm hadisələrin xronologiyası qısa şəkildə verilməklə yanaşı, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Cümhuriyyət haqqında fikirləri də əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: