www.science.az
04.09.2018 10:44

Gələn il Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

Ölkəmiz bu il Yaponiyanın Tsukuba şəhərində təşkil olunan 30-cu Beynəlxalq İnformatika Olimpiadasında (IOI) təmsil olunur.

Bu il yarışlarda 85 ölkədən 340 nəfər şagird iştirak edir. Azərbaycanın 24-cü dəfə qatıldığı yarışda ölkəmizi 4 şagird və 2 müəllimdən ibarət rəsmi nümayəndə heyəti təmsil edir. Şagirdlər müxtəlif yaş qrupları üzrə bölünərək yarışacaq.

Olimpiada sentyabrın 8-dək davam edəcək.

Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadası dünyanın ən yaxşı 5 elm olimpiadalarından hesab olunur. Azərbaycan 1994-cü ildən bu yarışların iştirakçısıdır. Bu günə qədər yarışda Azərbaycandan 55 məktəbli iştirak edib və 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb.

Gələn il isə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Ölkəmizdə ilk dəfə təşkil ediləcək yarış "ADA" Universitetində keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.