www.science.az
04.09.2018 11:53

Görkəmli bəstəkar Arif Məlikovun 85 illik yubileyi münasibətilə əsəri səslənəcək

Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, akademik Arif Məlikovun 85 illik yubileyi münasibətilə fortepiano və orkestr üçün konsert səslənəcək.

Konsert dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.  Səkkiz gün davam edəcək festival çərçivəsində bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərinin xatirəsinə həsr edilmiş konsert proqramları keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.