Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

03.09.2018 10:06
  • A-
  • A
  • A+

Dəmirçi Arxeologiya Muzeyi yeni materiallarla zənginləşdiriləcək

Dəmirçi Arxeologiya Muzeyi yeni materiallarla zənginləşdiriləcək

Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin ekspozisiyası yeni arxeoloji materiallarla zənginləşdiriləcək.

İnstitutun Numizmatika və epiqrafika şöbəsinin müdiri, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin sözlərinə görə, muzey müasir dünya standartlarına uyğun inşa edilib.

Azərbaycanın ilk arxeoloji muzeyinin nəzdində arxeoloji fond, kameral elmi tədqiqatlar və bərpa işləri üçün nəzərdə tutulmuş xüsusi otaqlar var.

Muzey iki ekspozisiya zalından ibarətdir. Birinci zalda Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının 2016-2018-ci illərdə Dəmirçi nekropolunda apardığı tədqiqatlar zamanı aşkar edilmiş son antik və ilk orta əsrlər dövrünə aid daş qutu və küp qəbirlərdən ibarət ekspozisiya sərgilənir. İkinci zalda isə Şamaxı və ətraf ərazilərdən aşkar edilmiş, qədim dövrlərdən orta əsrlərin sonunadək olan dövrlərə aid maddi-mədəniyyət nümunələri təqdim olunur.

Qeyd edək ki, muzeyin açılışı 26 avqust 2018-ci il tarixində baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: